“Ermənistan Moskvanın köməyilə Türkiyə ilə münasibətləri nizama salmağın mümkün olacağına ümid edir”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Vladivostokda başlayan Şərq İqtisadi Forumu zamanı bildirib.
“Türkiyə ilə dialoq artıq başlayıb. Biz Rusiyanın köməyi ilə münasibətləri nizamlamağa ümid edirik”. Dördpendirli pizza
Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq deyib:
“Azərbaycanla “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı gərgin söhbət gedir. Ümid edirik ki, Rusiya təkcə bizim strateji müttəfiqimiz kimi deyil, həm də Azərbaycanın çox yaxın tərəfdaşı kimi bu məsələdə köməklik göstərəcək. Bu, həm də Azərbaycan üçün imkanlar yaradır”.
Telegram kanalımız