Ümit Özdağ: 2 ildən sonra yenə seçki olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Ümit Özdağ: 2 ildən sonra yenə seçki olacaq 

Siyasət

30 May 2023 12:15 2465


"Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək". 

Modern.az xəbər verir ki, bunu İYİ Partiyadan qopmuş ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ "Halk TV"nin efirində qonaq olarkən deyib.

"Bu seçkilərin 2 il üçün olduğunu düşünürəm. Hökumət 5 il davam gətirməyəcək. Bələdiyyə seçkilərindən sonra yenidən ümumi seçkilər üçün təqvim başlayacaq", - o bildirib. pizza mizza

Özdağ 2024-cü ilin əvvəllərində baş tutacaq bələdiyyə seçkilərindən də danışıb.

"Milliyyətçi liqadan söhbət gedir. Məsələn, yerli seçkilərdə X bir namizədi biz, İYİ Partiya və MHP hansısa vilayətdə eyni namizədi dəstəkləyə bilərik. Bir az çətin olar, bilmirəm, amma ola bilər. Eyni şey MHP ilə də ola bilər", - Özdağ əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!