Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində “ATA” İttifaqı tərəfindən namizədliyi irəli sürülmüş sabiq millət vəkili Sinan Oğanın ikinci turda hakimiyyətin namizədini dəstəklədiyi ilə bağlı açıqlaması onu dostları ilə üz-üzə qoyub.
Yenisabah.az xəbər verir ki, Sinan Oğanın bu qərarından ən çox narazı qalan “ATA” İttifaqının həmtəsisçilərindən olan Zafer partiyasının sədri Ümit Özdağdır.
Siyasətçi Türkiyə mətbuatına açıqlamasında məsələyə belə münasibət bildirib: pizza
“Sinan Oğandan küsməmişəm. Siyasətdə həmişə gözlənilməz qərarlar olur. Bu dəfə də Sinan bəy gözlənilməz hərəkət etdi. Amma məncə, səhv etdi”.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Ümit Özdağın rəhbərlik etdiyi Zafer Partiyası ikinci turda CHP sədri Kemal Kılıçdaroğlunun namizədliyini dəstəkləyəcək.
Əsmətxanım
Telegram kanalımız