Ümit Özdağla əvvəldən razılaşmışdıq - Oğan 

saytların hazırlanması

Evə çatdırılma

Ümit Özdağla əvvəldən razılaşmışdıq - Oğan 

Siyasət

05 İyul 2023 12:27 865


Türkiyədə sonuncu prezident seçkilərinin ilk turunda prezidentliyə namizəd olmuş Sinan Oğan onun namizədliyini irəli sürən "ATA İttifaqı"nın yaranması prosesi ilə bağlı detalları açıqlayıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğan ittifaqın əsas siyasi qüvvəsi olan Zəfər Partiyasının sədri Ümit Özdağla 8 ay əvvəldən bu barədə razılaşdıqlarını və namizədliyinin irəli sürüləcəyi barədə anlaşdıqlarını deyib. 

"Özdağla 8 ay əvvəldən əl sıxmışdıq, razılaşmışdıq. Sonradan seçki ərəfəsində onun Mansur Yavaş və Muharrem İncenin namizədliyi ilə bağlı fikirlər səsləndirməsi mənim xaricimdə olan məsələlərdir. Niyə belə etdiyini bilmirəm", - o qeyd edib.  pizza

Xatırladaq ki, ilk turda Ümit Özdağ və partiyası "ATA İttifaqı" çərçivəsində Oğanın namizədliyini müdafiə etmişdi./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!