“Ümrə ziyarəti barədə Qurani Kərimdə heç bir ayə yoxdur” - Əkrəm Həsənov

“Ümrə ziyarəti barədə Qurani Kərimdə heç bir ayə yoxdur” - Əkrəm Həsənov

Din Veb saytların hazırlanması

14 İyul 2022 23:18 2878


“Ümrə ziyarəti peyğəmbər (s.ə.v) vaxtından yaranaraq bu gün də davam etdirilir. Peyğəmbər (s.ə.v) həcc ziyarətindən əlavə olaraq Ümrəyə də getməyə başlayıb. Səhabələr soruşanda isə bunun həcc deyil, Ümrə olduğunu deyib. Peyğəmbərin (s.ə.v) davamçıları da bu əməli davam etdirərək günümüzə çatdırdılar. Bununla da, Ümrə etmək anlayışı ortaya çıxıb. Ümrə ziyarəti barədə Qurani Kərimdə heç bir ayə yoxdur. Amma etibarlı hədislərdə var”.

Bu sözləri Yenisabah.az-a ilahiyyatçı Əkrəm Həsənov deyib:

“Qurani-Kərimdə Allahu-Təala gücü çatanın həcc ziyarətinə getməyini əmr edib. Zilhiccə ayının ilk günündən başlayaraq son on gününə qədər həcc ziyarəti sayılır. Ümrə ziyarəti isə müstəhəb əməl sayılır. Həcc ziyarəti kimi savabı olmasa da, Peyğəmbərdən (s.ə.v) gələn səhih və etibarlı hədislərdə bildirirlir ki, həcc ziyarətini tam qaydasında yerinə yetirib geri qayıdan şəxs anadan olduğu kimi təmiz və günahsız olar. Ümrə ziyarəti haqqında isə belə bir şeylər deyilməsə də, bu da fəzilətli əməl sayılır”. 

İlahiyyatçı bildirib ki, Ümrə ziyarəti edilməməsi günah qazandırmır:

“Ümrədə də Həccin bütün şərtləri yerinə yetirilir. Amma fərq budur ki, həcc ziyarəti Zilhiccə ayının 10 gününə qədər yetirilməlidir. Ümrədə vaxt məhdudiyyəti yoxdur. İstənilən vaxt həcc əməllərini edərək ümrə ziyarəti etmiş oluruq”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!