UNESCO missiyası gələn ay Azərbaycana gəlməyi planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

UNESCO missiyası gələn ay Azərbaycana gəlməyi planlaşdırır

Siyasət

20 May 2021 20:52 1062


“Ümid edirəm ki, gələn ay UNESCO missiyası Azərbaycana gələcək”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Uzun illərdir UNESCO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, UNESCO siyasi mübahisələr məsələsinə qarışmır. Belədə bütün işğal illərində UNESCO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi UNESCO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam. İndi onların gəlişi üçün UNESCO ilə logistika üzrə danışıqların son mərhələsindəyik”, - dövlət başçısı söyləyib. pizza

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan UNESCO-nun Ermənistan tərəfinin Azərbaycanın milli və mədəni irsi ilə nələr etdiyini görməsini istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!