Unibank kompensasiyaların ödənilməsinə başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Unibank kompensasiyaların ödənilməsinə başlayıb

İqtisadiyyat

22 Aprel 2019 20:24 1015


Bu gün Unibank müştərilərinə kompensasiyaların ödənişinə başlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, ilk müştərilər artıq kompensasiya məbləğini əldə ediblər. Kompensasiyaların müştərilərə daha rahat və operativ şəkildə verilməsi üçün Unibank filialları bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. Filialların iş saatları bu həftə ərzində 1-5-ci günlər saat 20:00-dək, şənbə günü 18:00-dək uzadılıb. 

Müştərilərin növbələrdə vaxt itkisinin qarşısını almaq üçün kompensasiya alacaq müştərilərə xidmət növbəlilik prinsipi əsasında aparılır. Müştərilərə göndərilən SMS-lərdə hansı filiala və nə vaxt gəlməsi haqda məlumat qeyd olunur.  Dördpendirli pizza

Bank mobil nömrəsi işlək olmayan müştərilərdən xahiş edir ki, şəxsiyyət vəsiqələrinin FİN kodunu öz mövcud işlək nömrələrindən SMS vasitəsi ilə 8117 nömrəsinə göndərsinlər. Bütün müştərilərə kompensasiya ödənişlərinin 1 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!