“Unibank“ maliyyə nəticələrini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Unibank“ maliyyə nəticələrini açıqladı

Sosial

31 Yanvar 2019 20:18 939


“Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb. 

“Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov hesab edir ki, 2018-ci il Unibank üçün uğurlu illərdən biri kimi yadda qalacaq: “Əgər ilin nəticəsini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, səhmdarların yaxından dəstəyi ilə Unibank komandası 2018-ci il üçün qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Beynəlxalq maliyyə standartlarına (İFRS 9) əsasən, ötən il 30 milyon manat mənfəət əldə edilib. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk”.   pizza

Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. Əvvəlki 3 illə müqayisədə, 2018-ci ildə daha aktiv kreditləşmə aparılıb. İl ərzində müştərilərə verilmiş kreditlərin artımı 152 milyon manat təşkil edib. Cəmi kredit portfelində artım isə ilin əvvəli ilə müqayisədə 18% olub.  

Bank ötən il ərzində kiçik, orta sahibkarlıq, mikro, eləcə də böyük korporativ şirkətlər daxil olmaqla, biznesə 100 milyon manatdan çox kredit ayırıb. 

Keçən il ərzində debet kartların sayında 25% -dən çox artım olub.

2018-ci il ərzində bankın depozit portfeli  22% artaraq,  ilin sonuna 305 milyon manatı ötüb.

Ötən il Unibank üçün rəqəmsal bankçılıq sahəsində də uğurlu olub, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təqdim edilib. Unibankın mobil bank əlavəsi “ən yaxşı mobil əlavə NETTY2018 “ Azərbaycanın Milli internet mükafatını alıb. Bank, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələri üzrə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının qalibi olub. 

Sosial layihələr Unibankın diqqət mərkəzindədir. Bu fəaliyyətinə görə, Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsində “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!