Unibankın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.
"Yeni Sabah" xəbər verir ki, rəhbərliyin qərarı ilə Heybət Qədirov – Pərakəndə biznes üzrə Baş inzibatçı, Tural Hüseynov isə Korporativ biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin ediliblər. Hər ikisi öz karyeralarına Unibankda başlayıblar.
Heybət Qədirov – 9 il, Tural Hüseynov isə 10 ildir Unibank komandasının üzvüdür. Bank rəhbərliyinin digər bir qərarı ilə Unibank komandasına yeni qoşulan Elçin Abdullayev, Transformasiya üzrə Baş inzibatçı vəzifəsinə təyin edilib. Dominos pizza
Telegram kanalımız