“Unibank”ın lotereyasına qoşul və qalib ol

saytların hazırlanması

Evə çatdırılma

“Unibank”ın lotereyasına qoşul və qalib ol

İqtisadiyyat

11 Aprel 2019 20:59 1062


Unibank kartı ilə cəmi 10 manatlıq nağdsız əməliyyat sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. 

“Yeni Sabah” xəbər verir ki, “Unibank”ın  “Bahar lotereyası”nın ilk tirajının qalibləri aprelin 23-də məlum olacaq.  

Martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik,  iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. “Unibank”ın  “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi  daşıyır. Dominos pizza

Lotereyanın şərtləri belədir:

-Lotereya 14.03.2019 -  31.05.2019 tarixlərini əhatə edəcək və 2 tirajdan ibarət olacaq (1-ci tiraj 23.04.2019 il tarixində, 2-ci tiraj 10.06.2019 tarixində keçiriləcək);

-Ümumilikdə 100 iştirakçı qalib elan ediləcək; 

-Lotereyada “Unibank”dan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək;

-Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq; 

- Lotereyada yalnız www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçən müştərilər iştirak edəcək. 

Lotereyanın uduş fondu:  ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər. 

Lotereya qalibləri aşağıdakı mükafatları əldə edəcəklər:

-1 nəfər qalib - Yunanıstanın Santorini adasındakı 5 ulduzlu oteldə, 6 gecə/7 gun, 2 nəfərlik  səyahət paketi,

-1 nəfər qalib - iPhone X mobil telefonu,  

-2 nəfər qalib - 1 000 AZN, 

-2 nəfər qalib - 500 AZN, 

-46 nəfər qalib - 100 AZN, 

-48 nəfər qalib - 50 AZN.  

Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilərsiniz.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!