Universitetə bağışlanılan orqanlar özəl şirkətlərə satılıb - Donor skandalı

saytların hazırlanması

Evə çatdırılma

Universitetə bağışlanılan orqanlar özəl şirkətlərə satılıb - Donor skandalı

Sağlamlıq

29 Noyabr 2019 14:59 1157


Fransanın paytaxtı Parisdəki məşhur ali təhsil müəssisələrindən biri olan Dekart (Paris V) universitetində dəhşətli faktlar ortaya çıxıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, universitetin tibb fakültəsinə elmi araşdırmalar üçün bağışlanan minlərlə cəsədin çürüdüyü və orqanların özəl şirkətlərə satıldığı məlum olub. Məlumata görə, cəsədlərin bəziləri isə siçanlar tərəfindən gəmirilib.

Fakültənin əməkdaşlarının bir cəsəddən 760 avro, bir orqanın satışından isə 340 avro gəlir əldə etdiyi təxmin olunur.  Sezar pizza

Donorların ailələrindən sərt reaksiyalar gəldiyi üçün universitet faktı qəbul edib və həmin ailələrdən üzr istəyib.

Faktla bağlı cinayət işi başlanılıb.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!