Universitetlərdə yeni yaradılacaq ixtisaslar - Video

saytların hazırlanması

Evə çatdırılma

Universitetlərdə yeni yaradılacaq ixtisaslar - Video

Sosial

28 Fevral 2025 02:00 811


Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Komissiyanın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.

Təhsil ekspertləri bildirirlər ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisasın yaradılması ixtisaslı kadrların artmasına imkan yaradacaq. Dördpendirli pizza

Təhsil eksperti Kamran Əsədov həmçinin onu da bildirib ki, magistratura səviyyəsi üzrə yaradılan yeni ixtisaslar tələbənin bakalavr səviyyəsində aldığı təhsili məhz həmin istiqamətdə davam etdirə bilməsi baxımından əlverişli olacaq.

K.Əsədov deyir ki, 1-ci ixtisas qrupu üzrə Riyaziyyat-Fizika müəllimliyi ixtisasının yaradılması xüsusilə bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edə bilər. Eyni zamanda? onu da qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə yeni xüsusi pedaqogika ixtisasının yaradılması xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrin təhsilinə xüsusi metod və yanaşmalarla işləməyə şərait yaradacaq.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!