Xəbər verdiyimiz kimi bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Oyunun hakim idarəçiliyi isə, gənc hakimlərə tapşırılıb. Bunlar kimdir? Vüqar Həsənli və Səbuhi Bayramov. “Qəbələ” – “Qarabağ” oyununu Vüqar Həsənli, “Sumqayıt” – “Zirə” oyununu isə Səbuhi Bayramov idarə edəcək.
Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq hakimlərdən baş məşqçilər də dil açıb narazılıqlarını bildirir. Çox uzaq getməyək. “Səbail” – “Neftçi” oyunundan sonra “Səbail”in baş məşqçisi mətbuat konfransında hakim idarəçiliyindən sərt şəkildə danışmışdı. Çalışdırıcı hər oyunda hakimlərin onlara qarşı olduğunu bildirmişdi. Qısa bir xatırlatma ilə o açıqlamanı sizin nəzərinizə çatdırmaq istəyirəm: pizza mizza
“Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqələr işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı. Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər”.
Baş məşqçi eyni zamanda bildirmişdi ki, həmin oyunda əlavə olunan 5 dəqiqə bitdikdən sonra hələ də final fiti səslənmirdi.
Bəs yaxşı oyunu kim idarə edirdi? Səbuhi Bayramov. Müzakirəni ancaq “Səbail” – “Neftçi” oyunu üzərində cəmləyib nəyəsə kölgə salmaq istəmirəm. Vəziyyət belədir ki, cavan hakimlərin idarə etdiyi digər oyunlarda da vəziyyət fərqli deyil. İstisnaların qaydanı pozmadığını da vurğulayıb, keçim ən önəmli hissəyə.
Belə bir sual vermək istəyirəm. Baş məşqçilərin belə hakimlərlə bağlı problemləri dilə gəldiyi bir zamanda kubok oyunları nəyə görə Səbuhi Bayramov və Vüqar Həsənliyə tapşırılır? Bu təyinatların verilməsi nə dərəcədə doğrudur? Yəni, bu referlər artıq o dərəcəyə çatıblar? Yox! Deyəsən, özləri də unudublar ki, bu kubok oyunudur, sonda nə kukla verilməyəcək qalibə, nə də ki oyuncaq maşın. Kubok. Yəqin bilirsiniz də, kubok sonda nəyə lazım olacaq?
Bəlkə də, fikirləşirlər ki, gənc hakimlərin bu təyinatı onlar üçün stimuldur, dəstəkdir, nə bilim, hakimliyin Azərbaycandakı inkişafıdır. Səhv düşünürlər. Demək istədiyim məsələ budur. Birdən-birə kubok oyununa təyinat almaq olmur. Əvvəlcə, hop deyirsən, sonra da atdanırsan çayın o üzünə. Bəlkə, bir az yavaşlayaq?!
İndi isə, bizə bir az da gözləmək qalır. Görək, bu dəfə verilən narazı qırmızılar, sarılar hansı komandanın oyunçusunun alnını qara edəcək. Bir az daha səbr.
Naibə Məmmədova
Telegram kanalımız