Ürək xəstəliklərinin məlum olmayan əlaməti üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ürək xəstəliklərinin məlum olmayan əlaməti üzə çıxdı

Sağlamlıq

29 Dekabr 2020 10:06 918


Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisləri bildirib.

Alimlərin məlumatına görə, qeyd edilən problem ürək-damar xəstəliklərinin erkən əlaməti ola bilər. Bu halda gərginliyə görə qan təzyiqinin yüksəlməsi mümkündür. Həmin səbəbdən isə ürəyin işemik xəstəliyinin inkişafı riski artır. Dominos pizza

"Qəbizlik zamanı bağırsaqların mikrobiotasındakı dəyişikliklər ateroskleroza səbəb ola bilər. Bunun eyni zamanda qan təzyiqinin artımına və ürək-damar xəstəliklərinə yol açması mümkündür", - alimlər xəbərdarlıq ediblər.

Mütəxəssislər həmçinin bildiriblər ki, qəbizlik vaxtı gərginlik qan təzyiqinin artımına səbəb olur. Bu isə ürək çatışmazlığına, aritmiyaya, aorta diseksiyasına yol açır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!