Urolik Rusiyanın mövqeyini müdafiə edir

saytların hazırlanması

Evə çatdırılma

Urolik Rusiyanın mövqeyini müdafiə edir

Siyasət

01 Mart 2019 22:03 890


"ABŞ-ın Minsk qrupunda sabiq həmsədri Ceyms Urolik müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanların açıldığını qeyd edib. Qarabağ danışıqlarında  Rusiyanın problemin həllində maraqlı olduğunu qeyd edir. Amma, ABŞ-ın  və "Bolton" planın adını çəkmir. Sabiq həmsədr Rusiya və "Lavrov" planın üzərində dayanmaqla,  ABŞ görməzlikdən gəlir.  Halbuki münaqişənin həllində Vaşinqton maraqlıdır. Buradan aydın olur ki, Urolik Kremlin göstərişi ilə danışır".

"Yeni Sabah"ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ceyms Urolikin müsahibəsinin təşkilində Kremlin məqsədi Lavrov planını qəbul etdirməkdən ibarətdir:

"O, "Lavrov" planının masada olduğunu vurğulayır.  Qeyd edim ki, sabiq  həmsədr hazırda Rusiyanın hüquq firmasında çalışır və ruslarla dostluq əlaqələrinə malikdir. Təbii ki, o, Rusiyanın mövqeyini və irəli sürülən şərtləri müdafiə edəcək. Qeyd edim ki, Ceyms Urolik müsahibəsində səmimi deyil. O, çox yaxşı bilir ki, Rusiya konfliktin həllində maraqlı deyil. Yalnız,  öz maraqları konteksində münaqişənin həllinə yanaşır. Məhz  "Lavrov"  planı  buna əsaslanır. Sezar pizza

Azərbaycan öz maraqlarına uyğun olmayan, xüsusi ilə BMT qətnamələrinə əsaslanmayan heç planı və  "Lavrov" planını-Kazan formulunu qəbul etməyəcək. 

Hazırda Rusiya danışıqları öz moderatorluğuna qaytarmaq və Lavrov planını yenidən ortaya çıxarmaqla Ceyms Urolikin müsahibəsin təşkil etdirib. Urolik Kremlin mesajlarını deyir və imkanın açılmasını vurğulamaqla, bu imkanların Kremldə olduğunu önə çəkir.  Yaxşı olardı ki, Urolik öz ölkəsinin vasitəçiliyindən danışsın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!