“Uşaq əməyinin istismarının qarşısının alınması” adlı seminar keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Uşaq əməyinin istismarının qarşısının alınması” adlı seminar keçirilib

Sosial

04 Fevral 2019 20:23 895


Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən Şuşa şəhər 1 saylı tam orta məktəbində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, seminarda ayrı-ayrı işəgötürənlərin və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik Tədbirlər Bölməsinin nümayəndələri, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib. Əmək  Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddinin 15 yaş olduğu, bu yaş dövrünədək uşaqların əmək münasibətlərinə cəlb edilməsinin qanunla qadağan edildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, həmçinin yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində işlərə cəlb edilməsi qadağandır.  Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!