Uşaqlar arasında hansı xəstəlik yayılıb?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar arasında hansı xəstəlik yayılıb? - Açıqlama

Sağlamlıq

23 Sentyabr 2019 19:16 1134


Son vaxtlar uşaqlar arasında soyuqdəymə halları artıb. Azyaşlı uşaqlarda, xüsusilə bağça və məktəb yaşlılar arasında burun axması, asqırma, qusma, ishalla müşahidə edilən yüngül xəstəlik valideynləri narahat edir. 

Bu qripin yeni növüdür, yoxsa fəsillə əlaqədar immun zəifliyi?

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Oxu.Az"a pediatr Vaqif Qarayev açıqlama verib: pizza mizza

“Qrip olduqca ciddi xəstəlikdir. Amma bu qrip simptomları kimi qiymətləndirilmir. Kəskin respirator xəstəliklərdir. Mövsümlə əlaqədar hava şəraiti dəyişkən keçir. Valideynlər uşaqları nazik geyindirir, bu səbəbdən də soyuqdəymə müşahidə edilir. Bu gün azyaşlı uşaqların immun sistemi zəif olduğu üçün bu xəstəliklərə daha tez yoluxurlar”.

V.Qarayev uşaqlar arasında qusma və ishalla müşahidə edilən yoluxucu virusların olduğunu da qeyd edib:

“Bu viruslardan mədə-bağırsaq sisteminə təsir edən “koksaki” virusu daha çox yayılıb. Amma epidemiya səviyyəsində deyil. Körpə uşaqlarda müşahidə edilərsə, hökmən müalicəyə ehtiyac var. Orqanizm çox su itirdiyi üçün uşaqlarda halsızlıq yarada bilər. Panika doğuracaq səviyyədə olmasa da, valideynlərə tövsiyə edərdim ki, uşaqları qorusunlar. 

Əksər hallarda bağçaya, məktəbə gedən uşaqlar bu xəstəliyə hava damcı yolu ilə yoluxur. Onların immun sistemi zəif olduğundan uşaq kollektivlərində yoluxma tez-tez və asan olur. Bu özünü bəzən dəridə yüngül səpki formasında da büruzə verə bilir. Yaxşı olardı ki, immun sisteminin gücləndirilməsi üçün uşaqların qida rasionuna, eləcə də geyimlərinə diqqət edilsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!