Uşaqlar arasında karateyə maraq: “Qızlar daha həvəslidir”

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar arasında karateyə maraq: “Qızlar daha həvəslidir”

İdman

20 Aprel 2026 10:14 586


Azərbaycanda karatenin tarixi 1970-ci illərin sonlarına, SSRİ dövründə bu idman növünə olan marağın artdığı vaxtlara təsadüf edir. İlk vaxtlar fərdi təşəbbüslər və qeyri-rəsmi məşqlərlə başlayan bu yol, 1980-ci illərin əvvəllərində qısa müddətli qadağalarla üzləşsə də, karate sənəti gizli şəkildə inkişafını davam etdirib. Müstəqillik illərində isə bu idman növü keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, 1994-cü ildə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının yaradılması ilə institusional xarakter alınıb.

Azərbaycan karate məktəbi qısa müddətdə dünyada özünü təsdiq edərək "Qara pantera" ləqəbli Rafael Ağayev kimi əfsanəvi idmançılar yetişdirib. Beş qat dünya və on bir qat Avropa çempionu olan Ağayevin uğurları, habelə digər milli karateçilərin beynəlxalq arenalarda qazandıqları medallar ölkədə bu sahəyə olan marağı kütləviləşdirib. Karatenin 2020-ci il Tokio Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə Azərbaycan bu növdə gümüş medal qazanaraq öz tarixi nailiyyətlərini ən yüksək zirvəyə daşıyıb. Bu gün ölkəmiz həm peşəkar idmançıların hazırlığı, həm də irimiqyaslı beynəlxalq turnirlərin keçirilməsi baxımından dünyanın aparıcı karate mərkəzlərindən biri hesab olunur.

Azərbaycanda gənclər arasında karateyə olan kütləvi maraq həm milli idman ənənələrinə, həm də beynəlxalq arenada qazanılan silsilə qələbələrə əsaslanır. Bu idman növü gənclər üçün təkcə fiziki güc vasitəsi deyil, həm də intizam və özünənəzarət məktəbi kimi qəbul edilir. Xüsusilə son illərdə regionlarda yeni olimpiya komplekslərinin istifadəyə verilməsi və ixtisaslaşmış klubların sayının artması, karateni əlçatan edərək yeniyetmələr arasında populyarlığını zirvəyə daşımışdır. Rafael Ağayev kimi dünyaşöhrətli simaların yaratdığı uğur modeli gənc nəsil üçün əsas stimul rolunu oynayır və onları peşəkar karyeraya həvəsləndirir. Eyni zamanda, daxili çempionatların intensivliyi və uşaqlar üçün təşkil olunan kütləvi turnirlər, karatenin Azərbaycanda gənclər arasında yaşayan bir mədəniyyətə çevrilməsini təmin edir. pizza sifarişi

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanınmış milli karateçi Asiman Qurbanlı bildirib ki, azərbaycanlı karateçilər hər zaman yüksək nəticələri ilə yadda qalıb:

“Karate idman növü hər zaman Azərbaycana çoxlu medallar gətirib. İlk Avropa oyunlarında karateçilərimiz 4 qızıl və 2 gümüş medal qazanmışdı. Həmçinin ölkəmizdə və İndoneziyada keçirilən İslam Həmrəylik oyunlarında, digər turnirlərdə yerli karateçilərin yüksək dərəcələri olub. Mənim özüm 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilən Avropa Oyunlarında qızıl, 2021-ci ildə Türkiyənin Konya şəhərində baş tutan İslam Həmrəylik Oyunlarında gümüş, həmin il Dubayda təşkil olunan Dünya Karate Çempionatında isə bürünc medal qazanmışam.

İdmanın yaxşı inkişafı üçün ilk növbədə həmin idman növünə diqqət ayırmaq lazımdır. Əvvəllər karateyə diqqət daha çox idi. Bu isə təbii olaraq, medalların sayına müsbət təsir göstərirdi. Azərbaycanlı idmançılar hər zaman Avropa və Dünya Çempionatlarından medallarla qayıdıb. Düzdü, bizdə yeganə Dünya çempionu Rafael Ağayevdir. Lakin gümüş və bürünc medal qazananlar xeyli çoxdur”.

II Avropa Oyunlarının qızıl medalçısı vurğulayıb ki, yeniyetmələr, xüsusən də qızlar arasında karateyə maraq xeyli yüksəkdir:

“Hazırda karateyə diqqət zəifləyib. Məsələn, cüdo və güləş kimi sahələr ölkəmizdə xeyli inkişaf edib və idmançıların sayı çoxdur. Bu 2 idman növünün hər ikisi olimpiyadada yer alır. Təəssüf ki, karate idman növü kimi olimpiya oyunlarında keçirilmir. Buna görə də, karateyə diqqət cüdo və güləşə nisbətən, azdır. Bu da bizim nəticəmizə təsir göstərir.

Karate xeyli maraqlı və faydalı idman növüdür. Eyni zamanda olduqca çətin və ağır sahədir. Mənim özümün xeyli yaxşı tələbələrim var. Ümid edirəm ki, xüsusən də şagirdim olan qız karateçilər indiki qızlardan zəif olmayacaq. Bir çox qızlarımızdan gələcəkdə xeyli medal gözləyirik. Fikrimcə, idman oğlanlardan daha çox məhz qızlarımıza lazımdır. İdman məşğul olmaq qızlarımıza həm cəmiyyətdə öz yerini tapmaq, həm də lazım gəldikdə özünü qorumaq üçün xeyli vacibdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ““Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!