Uşaqlara siqaret satan şəxslər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlara siqaret satan şəxslər cərimələndi

Kriminal

29 Mart 2019 15:16 862


Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, martın 28-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. Toyuqlu pizza

Bu istiqamətdə reydlər davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!