“Uşaqları küçəyə tək buraxmayın!” – Deputatdan çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqları küçəyə tək buraxmayın!” – Deputatdan çağırış

Sağlamlıq

22 Aprel 2019 21:58 1161


Sulutəpədə 4 yaşlı  Hüseyn Məmişovun küçədə itin hücumuna məruz qalması sahibsiz itlərlə bağlı mövzunu yenidən gündəmə gətirib. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib.  

Problem odur ki, Bakının mərkəzində sahibsiz itlər görmək artıq adi hala çevrilib, xüsusilə də şəhər ətrafı qəsəbələrdə. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elmira Axundova “Yeni Sabah”a danışarkən qeyd edib ki, sahibsiz itlər problemi barədə dəfələrlə danışılıb: Dördpendirli pizza

“Amma vəziyyət çox ləng dəyişir. Əlbəttə, küçələrdə bir dənə də olsun vəhşi, kimsəsiz, ac it qalmamalıdır. Onların hamısını xüsusi yerlərə apararaq vaksinasiya və sterilizasiya edərək sonra təzədən küçələrə buraxmalıdırlar. Və bu halda qulaqlarında xüsusi nişan olmalıdır ki, bu it sterilizasiyanı keçib. Çox böyük, vəhşi, quduzlaşmış itləri isə preparatlar və iynələr vasitəsilə zərərsizləşdirməlidirlər”.

Deputat bildirib ki, kimsəsiz itlər şəhərdə həddindən çox olduğuna görə bu problemin həllinə  tezliklə nail ola bilməyəcəyik:

“Ona görə hər kəs ehtiyatla davranmalıdır. Valideynlər uşaqlarını tək buraxmamalıdırlar. Xüsusi qurumlar isə bu problemi daima diqqətdə saxlayaraq onunla daha ciddi məşğul olmalıdırlar. Çünki söhbət sakinlərimizin sağlamlığından, hətta həyatından gedir”.

Qeyd edək ki, bir neçə il bundan öncə deputat Elmira Axundova da ailəsi ilə birlikdə küçə itlərinin hücumuna məruz qalmışdı.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!