“Uşaqları valideynlər özləri telefondan asılı vəziyyətə salırlar“ - Pediatr

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqları valideynlər özləri telefondan asılı vəziyyətə salırlar“ - Pediatr

Xalqın səsi

06 Aprel 2022 16:01 954


"Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Problemin əsas səbəbi də valideynlər özləridir".

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

Ə.Quliyev bildirib ki, bir yaşına qədər uşağın valideynə ehtiyacı olur: Pepperoni pizza

"Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır".

Pediatr valideynlərə uşaqlarla təması artırmağı xahiş edib:

"Valideynlərdən xahiş və tələb edirik ki, uşaqlarla təması çoxaltsınlar və sualları telefonla susdurmasınlar”.


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!