Uşaqların da olduğu maşın aşdı – Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların da olduğu maşın aşdı – Yaralılar var

Kriminal

09 Fevral 2019 16:19 1006


Ötən gecə Goranboy rayonunda içərisində azyaşlılar olan minik maşını aşıb. 

“Yeni Sabah” xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomogistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı avtomobildə olan bir ailənin üzvləri Bakı şəhər sakinləri, 56 yaşlı Canpolad İsmayılov, 55 yaşlı Zemfira İsmayılova ağır bədən xəsarətləri alaraq Yevlax rayon mərkəzi Xəstəxanasına yerləşdirilib.  pizza sifarişi

İki azyaşlı uşaq, sürücü və daha bir sərnişin qadına isə hadisə yerində tibbi yardım göstərilib. Məlumata görə, qəzaya düşənlər Göygöl rayonundan Bakıya gedirlərmiş. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!