Uşaqlarını atan ana evdən qaçıbmış: “Sorağını barlardan verdilər”

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarını atan ana evdən qaçıbmış: “Sorağını barlardan verdilər”

Sağlamlıq

04 Fevral 2019 17:28 1813


Dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpəsini (8 aylıq, digərinin isə 2 yaşında) atan Osmanova Yeganə Məhəmməd qızının Qazax rayonunun Kəmərli kəndində yaşayan ailəsi açıqlama verib.

Yeganənin qardaşı Ülvi Osmanov bildirib ki, artıq neçə illərdir bacısı ilə ailəsinin əlaqəsi yoxdur: “Bacım qonşu kəndin sakini ilə ailə qurmuşdu. Birinci ailəsindən ayrıldı. Bu nikahdan uşağı olmadı. Ondan sonra bir müddət evimizdə qaldı.  Daha sonra xeyli məbləğdə pul oğurlayaraq Bakıya qaçdı. Mən onu axtarıb evimizə qaytarmaq üçün Bakıda gəzib –dolaşmadığım yer qalmadı. Amma tapa bilmədim. Sorağını müxtəlif kafe-barlardan verdilər. İllərdir ki, bizimlə əlaqə saxlamır. Onun uşaqlarının olduğu xəbərini də indi öyrənirik. Bu xəbər bizim üçün çox sarsıdıcı xəbər oldu. Onun nə vaxt ailə qurduğu, nə vaxt uşaq dünyaya gətirdiyini bilmirik”.

Ü. Osmanov söyləyib ki, bacısı 1984-cü il təvəllüdlüdür: “10-12 il olar ki, o ailəmizlə əlaqəni tamamilə kəsib. Kənddə ona görə başımız aşağıdır. Allahdan istəyirik ki, onu bir maşın vursun, bu biabırçılıqdan canımız qurtarsın. O uşaqların varlığından belə biz xəbərsizik”. pizza

Qeyd edək ki, uşaqlar hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onun uşaqları hansı səbəbdən atdığı, uşaqların atasının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.  Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları da hadisənin səbəblərini araşdırırlar.

Movqe.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!