Uşaqlarını peyvənd etdirməyənlərin nəzərinə -   3600 manat cərimə, məktəbə buraxılmama...

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlarını peyvənd etdirməyənlərin nəzərinə - 3600 manat cərimə, məktəbə buraxılmama...

Sağlamlıq

30 Yanvar 2020 09:37 1536


Fevralın sonlarından etibarən Rumıniyada məcburi peyvəndləmə tətbiq oluna bilər. Xarici mətbutda yazılanlara görə, bu barədə qanun yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.

2017-ci ilin oktyabrında Rumıniya Senatı tərəfindən qəbul olunan sənəd artıq iki ildir ki, parlament komissiyaları tərəfindən geri qaytarılır. Əgər qanun indiki variantda parlament tərəfindən qəbul olunarsa, uşaqlarını peyvənd etdirməyən valideynlərə təqribən iki min avro (təxminən 3600 manat) məbləğində cərimə kəsiləcək. 

Lakin cəza bunula da bitmir. Mənbədə bildirilir ki, qanuna görə peyvənd olunmayan azyaşlıları bağçalara və məktəblərə də qəbul etməyəcəklər. Həmçinin qeyd olunub ki, hökumət uşaqları peyvəndlə təmin edəcək. pizza

Bəs peyvəndlə bağlı qərarların bu dərəcə sərtləşdirilməsinə ehtiyac varmı? Azərbaycanda da uşaqlarına peyvənd vurdurmaq istəyəməy valideynlər az deyil. Bununla bağlı ölkəmizdə də cərimə tətbiq oluna bilərmi?

Məsələ ilə əlaqədar professor Adil Qeybullaya müraciət etdik. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, peyvənd məcburi xarakter daşımalıdır:

“Mən hesab edirəm ki, peyvənd olunmaq məcburi olmalıdır. Bu çox vacibdir. Mən sizə çox əhəmiyyətli bir faktı deyim. Bu gün 4 karantin infeksiyasından olan təbii çiçək məhz peyvəndin sayəsində yoxa çıxıb. Siz əgər yaşlı nəslin qoluna baxsanız, həmin peyvəndin izlərini görərsiniz. Amma gənc nəsildə o yoxdur. 

Belə bir xüsusi təhlükəli infeksiya, yəni vəba, taun və təbii çiçək vaksinasiya sayəsində yoxa çıxıb. Bu da vaksinasiyanın nə dərəcə də önəmli olduğunu göstərir. Vaksinasiya vacibdir. Kim etdirmirsə, bu, xəstəlik üçün son olmaz. Ona görə də peyvənd məcburi olmalıdır. Düşünürəm ki, bu, UNİSEF-in ümumi bir sxeminə aiddir və bu şəkildə də davam etməlidir. 

Ümumiyyətlə, ölənlərin təqsiri məsələsində, vakisinasiya məsələsində yanaşmalar beyməlxalq standartlara uyğun olmalıdır. Əgər vətəndaş bunu Azərbaycansayağı düşünürsə, təbii ki, burda qanunlar işləməlidir. Məcburi və icbari qərarlar fəaliyyətə keçməlidir”.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!