“Uşaqlığın son gecəsi”ndə azan oxuyan kimdir? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqlığın son gecəsi”ndə azan oxuyan kimdir? - VİDEO

Mədəniyyət

22 Mart 2026 13:58 700


“Uşaqlığın son gecəsi” filmində (1968) yaddaqalan bir səhnə var.

"Yeni Sabah" xəbər verir ki, həmin epizodda radioda azan səslənir.

Filmin personajlarından biri olan nənə Murada namaz vaxtının yaxınlaşdığını deyir və azana görə radionu açamağı xahiş edir. Zarafatcıl və el arasında itoynadan kimi səciyyələndirilən tipdən olan gənc oğlan isə cihazı divan şeirinin səsləndirildiyi verilişə kökləyir. Dördpendirli pizza

Muradın "səhv"ini digər personaj - Rüstəm düzəldir. O, radionu azana kökləyir.

Maraqlı budur ki, sovet dövründə radio və televiziyada heç vaxt ibadətə çağırış səsləndirilməyib. Bəs bu müəzzin kimdir? 

Mərhum rejissor Arif Babayevin bu səhnəni necə çəkdiyi axirətə aparılmış sirdir. Çünki filmdə dalğası tutulan əslində, Azərbaycan deyil, İran radiosudur. Azan oxuyan isə mərhum Şeyx Məhəmməd Aqatidir. O, Xorasanlı ruhani, Quran qarisi və müəzzin idi.

Şeyx Ağati ötən əsrdə oxunan ən məşhur azanlardan birinin müəllifidir. Bu azanların tonu, səsi və Şur muğamının təməlində oxunur. Onun müəzzinliyi hələ o dovrdə Tehran Radio Studiyasında 3 dəfə sənədləşdirilib.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!