ÜST COVID-19-un yeni növü barədə məlumatları şərh edib

saytların hazırlanması

Evə çatdırılma

ÜST COVID-19-un yeni növü barədə məlumatları şərh edib

Sağlamlıq

21 Dekabr 2020 14:47 735


Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) koronavirusun yeni ştamlarının ölümə təsiri barədə heç bir dəlil yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuinoviç bildirib.

“İndi heç bir dəlil yoxdur, bunun patogenliyə, xəstəyin ağırlıq dərəcəsinə, ölümə təsir etdiyini söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - o deyib. pizza hut

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!