“Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna rəğmən, yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur”.
Yenisabah.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Biz deyə bilərik pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib” - deyə Qebreyesus qeyd edib.
Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər.
Telegram kanalımız