ÜST: Dünya yeni pandemiyaya hazırlaşmalıdır

saytların hazırlanması

Evə çatdırılma

ÜST: Dünya yeni pandemiyaya hazırlaşmalıdır

Sağlamlıq

29 İyun 2021 00:53 1529


Dünya ictimaiyyəti koronavirusun indiki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiyalara və pandemiyalara hazırlaşmalıdır.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Biz hamımız pandemiyanın dərslərindən nəticə çıxarmalıyıq”, - deyə o əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, yeni epidemiyalara və pandemiyalara hazırlıq, onların qarşısını alması, üzə çıxarılması və pandemiyalara ümumi səhiyyə xidmətləri və güclü ilkin tibbi yardım əsasında reaksiya vermək üçün hər şeyi etmək lazımdır. Dördpendirli pizza

COVID-19 pandemiyasından danışan Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.

"Əgər ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, onda sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni və ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik", - ÜST rəhbəri deyib.

O, xatırladıb ki, sentyabr ayına qədər əlavə olaraq 250 milyon doza peyvənd tapmaq lazımdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!