ÜST indi də xərçəng xəstəliyi barədə həyəcan təbili çaldı: İldə 35 milyon...

saytların hazırlanması

Evə çatdırılma

ÜST indi də xərçəng xəstəliyi barədə həyəcan təbili çaldı: İldə 35 milyon...

Dünya

02 Fevral 2024 08:39 727


Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.

Bu barədə ÜST-ün Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) hesablamalarından məlum olub.

Bildirilir ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Eyni zamanda, diaqnozdan 5 il sonra sağ qalanların sayı 53,5 milyon nəfər olub. pizza hut

Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur.

Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!