ÜST-nin Azərbaycandakı nümayəndəsindən XƏBƏRDARLIQ -   ““Delta” ştammı sürətlə yayılır

saytların hazırlanması

Evə çatdırılma

ÜST-nin Azərbaycandakı nümayəndəsindən XƏBƏRDARLIQ - ““Delta” ştammı sürətlə yayılır

Sağlamlıq

02 İyul 2021 12:56 907


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub:

“Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik. Bununla belə, hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”. Sezar pizza

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!