CBC Sport daimi eksperti Aslan Kərimovla yollarını ayırıb.
“Yeni Sabah” məsələylə bağlı Aslan Kərimovdan açıqlama alıb. O, açıqlamasında müqavilənin bitdiyinə görə kanalla yollarını ayırdığını bildirib:
“Müqaviləmi bitirdim. Həm də verilişin formatını da dəyişdirmək niyyətləri var idi. Çempionatın axırına doğru gedirik. Daimi bir ekspert yox, hər dəfə fərqli eksperti dəvət edərək müxtəlif fikir almaq istəyirdilər”. pizza
A.Kərimov haqqında yayılan bəzi məsələlərə də aydınlıq gətirib. Sabiq futbolçu kanaldan ayrılmasının milli komandanı tənqid etməsi ilə əlaqəli olmadığını söyləyib:
“Yazırlar ki, bu uzaqlaşdırma milli komandanı tənqid etmişəm deyədir. Biz onsuz tənqidimizi edirik. Xorvatiya ilə oyundan öncə dediyim “Bizim orda qalibiyyət əldə etməyimiz gülünc görsənirdi” ifadəsi, bir tənqid deyil, həqiqətdir. Bunu kimdən soruşsaq, belə deyərdi. Yəni, milli komanda haqqında böyük dərəcədə təhqir işlətməmişəm. Bu yayılan məlumat ona görə həqiqəti əks etdirmir. Çünki mən hazırda da federasiyanın işçisiyəm. Məşqçilərin kursalarını keçirik. Əgər, uzaqlaşdırmaq fikirləri olsaydı, yəqin ki, xəbər edərdilər. Aprelin 14, 15-uzatma lisenziyaları etmək fikrimiz var. Hələki uzaqlaşdırma haqqında da bir şey yoxdur”.
Naibə Məmmədova
Telegram kanalımız