“Üzbəüz görüşməsək də, Azərbaycanla iş gedir”

saytların hazırlanması

Evə çatdırılma

“Üzbəüz görüşməsək də, Azərbaycanla iş gedir”

Siyasət

01 Mart 2023 17:55 966


“Ermənistan bu yaxınlarda sərhədlərin demarkasiyası komissiyalarının reqlament layihəsini Azərbaycan tərəfinə verib”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətlə sual-cavab iclasında deyib.

“İndi biz onun cavabını gözləyirik. Üzbəüz görüşlərdən asılı olmayaraq, sənədləşmə işləri aparılır və üzbəüz görüş həmişə tələb olunmur”, – Paşinyan bildirib.  Dominos pizza

Onun sözlərinə görə, əvvəllər kommunikasiyaların açılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı verilən təkliflər qüvvədə qalır.

Ermənistanın Baş naziri xatırladıb ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri Azərbaycana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə də göndərilib və Ermənistan hakimiyyəti bununla bağlı cavab gözləyir. O qeyd edib ki, bu müddət ərzində sülh sazişi üzrə 3 raund aparılıb və müvafiq iş bundan sonra da davam etdirilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!