Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
DİN-dən “Yeni Sabah” a verilən məlumata əsasən, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əliyevin rayon ərazisində 4 “VAZ-2107” və 1 “VAZ-21011” markalı avtomobillərdən akkumulyatorlarını oğurlaması da müəyyən edilib. pizza hut
Araşdırma aparılır.
Telegram kanalımız