Üzeyirdən döyülmə xəbərinə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Üzeyirdən döyülmə xəbərinə reaksiya

Şou

23 Mart 2019 14:49 1356


Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, müğənni hadisənin qısa mübahisə olduğunu bildirib.

O, yeni fotosunu instagramda paylaşaraq yazıb: Dominos pizza

“Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız”. 

Qeyd edək ki, Üzeyirin döyülməsi xəbərini Axşam.az saytı yaymışdı. Bildirilirdi ki, müğənni ilə köməkçisi Moskvada yaşayan azərbaycanlı iş adamları tərəfindən döyülüblər. Üzeyir yüngül xəsarətlər alsa da, köməkçisinin vəziyyəti yaxşı olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!