Üzüm bağlarında monitorinq aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Üzüm bağlarında monitorinq aparıldı

Sağlamlıq

29 İyul 2019 13:56 1807


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Samux rayonunda həyata keçirilib.

AQTA-dan "Yeni Sabah"a verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 ha texniki üzüm bağında monitorinq aparılıb.

Müşahidələr zamanı 24 ha “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 ha-da Salxım yarpaqbükəni (Törədici Polychrosis botrane Schiff.) zərərvericisinə sirayətlənmə halları aşkar edilib. pizza mizza

Ərazidə Salxım yarpaqbükəni zərərvericisinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bağ Agentliyin fitosanitar mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Salxım yarpaqbükəninin tırtılları üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, məhsulun zədələnməsinə və çürüməsinə səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!