Uzun iş saatları təhlükəli xəstəliyə səbəb olurmuş - Ölümlə nəticələnə bilər

saytların hazırlanması

Evə çatdırılma

Uzun iş saatları təhlükəli xəstəliyə səbəb olurmuş - Ölümlə nəticələnə bilər

Sağlamlıq

24 Dekabr 2019 07:41 1212


ABŞ-da aparılan araşdırmalar uzun iş saatlarının yüksək qan təzyiqinə səbəb olduğunu üzə çıxarıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində Kanadada yaşayan 3 min 500-dən çox işçinin sağlamlıq vəziyyəti təhlil edilib. Məlum olub ki, həftədə 49 saat və daha çox işləyən insanlarda gizli hipertəzyiqin olması ehtimalı 70 faiz, hizpertəzyiq ehtimalı isə 66 faiz artır. Həftə ərzində 41-48 saat işləyənlərdə isə bu xəstəliyə yaxalanma riski müvafiq olaraq 54 və 42 faiz artır.

Araşdırma zamanı iş gərginliyi, yaş, cins xüsususiyyətləri, təhsil, siqaret istifadəsi və s. kimi faktorlar da nəzərə alınıb. Dördpendirli pizza

Dünya Səhiyyə Təşkilatına görə, hazırda dünyada 1 milyarddan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir. Hipertəzyiq ürək xəstəlikərinə, iflicə və hətta ölümə səbəb ola bilir. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!