Uzun müddət öskürmək nədən xəbər verir?

saytların hazırlanması

Evə çatdırılma

Uzun müddət öskürmək nədən xəbər verir?

Sağlamlıq

05 Sentyabr 2025 17:34 667


Öskürək gündəlik həyatda çoxlarının rastlaşdığı sağlamlıq problemi olsa da, uzun müddət davam etdikdə ciddi xəbərdarlıq siqnalı sayılır.

Yenisabah.az xəbər verir ki, bəzən sadə soyuqdəymə və ya qripdən sonra qalıq olaraq ortaya çıxan öskürək, bəzi hallarda daha ağır xəstəliklərin xəbərçisi ola bilər.

Xüsusilə üç həftədən çox davam edən öskürəklər diqqətlə qiymətləndirilməlidir. Çünki vaxtında müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur. Sezar pizza

Soyuqdəymə və qripdən sonra qalıq öskürək

Virusların yaratdığı öskürək bəzən həftələrlə davam edə bilər.

Astma

Nəfəs darlığı, xırıltı və xüsusilə gecə öskürəyi astmanın əlaməti ola bilər.

Bronxit və ağciyər infeksiyaları

Uzunmüddətli bəlğəmli öskürək bronxit və ya pnevmoniyadan xəbər verə bilər.

Reflü

Sinədə yanma və quru öskürək reflü ilə əlaqəli ola bilər.

Siqaret və hava çirkliliyi

Xroniki öskürək, siqaret istifadəsi və ya çirkli hava şəraitindən qaynaqlana bilər.

Daha ciddi xəstəliklər

Vərəm, KOAH və ya ağciyər xərçəngi kimi xəstəliklər də keçməyən öskürəyə səbəb ola bilər./BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!