Üzünə vurulan zərbə ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Üzünə vurulan zərbə ölümünə səbəb oldu

Kriminal

12 Yanvar 2026 20:29 710


Yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Səttar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!