V sinif şagirdi məktəbdən niyə qovulub?

saytların hazırlanması

Evə çatdırılma

V sinif şagirdi məktəbdən niyə qovulub?

Sosial

14 Fevral 2019 16:29 1394


“Direktorun  fond pulu, mühafizə puluna görə  uşağı məktəbdən qovması quru böhtandır, iftiradır”.

Bunu  Bakı şəhər 153 nömrəli məktəbin direktor müavini Xanım Əbilova  bu pulları ödəmədiyinə görə uşağın qovulma  iddialarına cavab olaraq deyib. Onun sözlərinə görə,  bu ailədə münaqişə var, valideynlər boşanma ərəfəsindədir. 

“Valideynin iki uşağı bizim məktəbdə oxuyur. Böyük oğlu IX sinifdədir. Əgər valideynin iddia etdiyi kimi müdriyyət  onun uşağı ilə prinsip aparsaydı, buraxılış sinfində oxuyanla aparardı. Bu  uşaqlar uzun müddət dərsə gəlmədilər. Ata bunları evdən qovmuşdu. Ana da kiçik uşağı  Yevlaxın kəndinə  aparıb qoymuşdu. Uşaq da guya orada məktəbə gedirmiş. Böyük oğlan isə anasıyla şəhərdə qalırdı. Anayla sinif rəhbəri, direktor əlaqə saxladı. Dedik ki, uşaqları məktəbə gətirin. Böyük oğlan uzun müddətdən sonra məktəbə gəldi, hazırda da dərslərinə davam edir.  Kiçik uşaq isə oktyabrdan məktəbə gəlmirdi. Təsəvvür edin 3 ay yarımdır bütün fənlər qarşısında qaib yazılıb. Biz valideynə müraciət etdik ki, əgər Yevlaxda oxuyursa,  sənəd gətir ki orada oxuyur biz də sənədlərini verək məktəbə apar. Axı, bu uşaq sənədsiz o məktəbdə necə oxuya bilər? Axırda bu valideyn bizə bir arayış gətirdi. Arayışda tarix 29 yanvar olaraq göstərilmişdi. Həmin Yevlax məktəbi verib ki, bu uşaq bizdə oxuyur. Dedik lap yaxşı əgər oxuyursa, apar sənədlərini orada davam etsin. Dedi yox,  orada deyil, bu məktəbdə oxumalıdır. Dedik get məktəbdən  yarımil ərzində aldığı  qiymət cədvəlini gətir ki uşağı qiymətləndirək. Valideyn də nə onu elədi, nə də bunu. Söhbətdən sonra bu problem oldu”. Marqarita pizza

Direktor müavini bildirib ki, valideyn iddia etdiyi kimi heç bir tibbi arayış gətirməyib:

“Bircə arayış var ki, ona əsasən də biz uşağı məktəbdən azad edə bilərik. Uşaq V sinifdə oxuyur. Hazırda 3 gündür təhsilinə davam edir. Valideyn deyir burdan başqa yerə aparmıram. Əgər pisiksə, niyə buradan aparmır? Birinci yarımildə qiymətləndirilmədiyi üçün şurada məsələ qaldırılacaq ki, ikinci yarımildə qiymətləndirilsin ya yox”.    

Qeyd edək ki, uşağın atası oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alındığını, şagirdin dərsdən qovulmasının əsl səbəbini məktəbə "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!