Vado Korovin İTV-nin yeni rəhbəri olacaq - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Vado Korovin İTV-nin yeni rəhbəri olacaq - İDDİA

Sosial

14 Aprel 2026 16:39 940


Speys TV-nin rəhbəri vəzifəsindən çıxarıldığı bildirilən Vado Korovinin başqa kanala transfer olunacağı iddia edilir.

“Yeni Sabah” xəbər verir ki, kulislərdə gəzən söhbətlər onun İctimai Televiziyaya rəhbər göndəriləcəyi ilə bağlıdır.

Qeyd edək ki, İTV-nin hazırkı rəhbəri Balakişi Qasımovun səlahiyyət müddəti mayda başa çatacaq. Bununla əlaqədar olaraq mayın sonuna kimi İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə yeni baş direktorun seçilməsi ilə bağlı məsələnin də daxil edilməsi gözlənilir. Pepperoni pizza

Onu da bildirək ki, qüvvədə olan qanunvericiliyə görə, baş direktor 4 il müddətinə seçilir və onun təkrar seçilmək hüququ mövcuddur. Balakişi Qasımov isə 2022-ci il mayın 24-də ikinci müddətə İTV-nin baş direktoru seçilib. (Olay.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!