Bu gün taxılla yüklü daha 8 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
"Yeni Saah" xəbər verir ki, göndərilən taxılın ümumi çəkisi 560 tondur.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib. pizza hut
Rusiyadan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon ötən gün Ermənistan Respublikasına çatıb.
Telegram kanalımız