Vahid Əhmədovdan ittihamlara cavab: “Göstərişi kim verib, bilirəm”

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədovdan ittihamlara cavab: “Göstərişi kim verib, bilirəm”

Siyasət

25 Aprel 2023 12:32 20257


“Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov deputat həmkarlarının ittihamlarına cavab olaraq deyib. O bildirib ki, bugünkü çıxışlarla bağlı kim bu göstəriş verib, onu da bilir:

“Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”. Dominos pizza

Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib.

Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” – deyə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!