Vahid Ələkbərovla Putin görüşdü – Nə müzakirə olundu?

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərovla Putin görüşdü – Nə müzakirə olundu?

Dünya

17 Aprel 2019 02:45 1107


Rusiya prezidenti Vladimir Putin Kremldə “LUKOIL” neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.

Söhbət zamanı 2018-ci ildə neft-qaz yataqlarının işlənməsinin nəticələrinə toxunulub. V.Ələkbərovun sözlərinə görə, şirkət 2018-ci ili uğurla başa vurub, neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib.

"Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə çalışırıq. 2-2,5 min metr dərinlikdə qazma işləri aparırıq, bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrə çatır. Yəni biz mütəxəssislərimizin qazma işləri apardıqları dərinliklərin öhdəsindən gəlirik", - V.Ələkbərov bildirib. Toyuqlu pizza

"Layfa"nın məlumatına görə, sahibkar həmçinin bildirib ki, şirkətin bütün müəssisələri modernləşmədən keçib və indi ekoloji cəhətdən ən yüksək sinifli Avro-5 benzini istehsal edirlər.

V.Ələkbərov əlavə edib ki, 2019-cu ildə qiymətlərin sabitliyi təmin ediləcək.

Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!