Vahid Mustafayevdən Mübariz Mənsimova hədiyyə

saytların hazırlanması

Evə çatdırılma

Vahid Mustafayevdən Mübariz Mənsimova hədiyyə

İqtisadiyyat

07 Fevral 2019 03:33 4126


Keçmiş ANS teleşirkətinin prezidenti Vahid Mustafayev “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla görüşüb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda M. Mənsimov xəbər paylaşıb. O, bildirib ki, rəhbərlik etdiyi şirkətin yubileyində Vahid Mustafayev ona Azərbaycanın ilk milli saat brendi olan “VMF” saatını təqdim edib: “Azərbaycanda bir çox ilklərə imza atan Vahid Mustafayev böyük vətənpərvərdir. Ümumiyyətlə, Mustafayevlər ailəsi fəxr ediləsi bir ailədir. Xocalının, Qarabağın səsini dünyaya duyuran Çingiz Mustafayevi Azərbaycana bəxş edən ailənin hər bir üzvü mənim üçün dəyərlidir. Qürur hissi keçirirəm ki, bu gün “Palmali”üzən gəmiləri arasında “Çingiz Mustafayev” gəmisi də var. 

Vahidə münasibətim isə bir başqadır. Azərbaycanı valideyni qədər sevən, küsdürülməyə çalışsa da, əsla vətənindən, dövlətindən üz çevirməyən bir insandır. Azərbaycanın ilk özəl televiziyasını quran insandır Vahid Mustafayev. Azərbaycan teleməkanından çox televiziyalar gəlib keçsə də, ANS-in yeri hər zaman bir fərqli olub. ANS-i ANS edən də məhz Vahid Mustafayev və komandası idi və bu gün də o kanalın yeri görünür. Könül istərdi ki, ANS-lə bağlı qərara yenidən baxılaydı”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!