Valideynlər Paşinyanla görüş tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Valideynlər Paşinyanla görüş tələb edir

Turizm

20 Fevral 2023 11:50 28734


Yanvarın 19-da Ermənistanın Geqarkunik mərzinin Azat kəndi ərazisində yerləşən hərbi hissədə baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin yaxınları hökumət binasının yanında toplaşıb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, onlar Nikol Paşinyanla görüş tələb edirlər.

Valideynlər prosesi aparan orqanın irəli sürdüyü fərziyə ilə bağlı öz inamsızlıqlarını, şübhələrini ifadə etmək istəyirlər. Dördpendirli pizza

Hökumət binası qarşısına gəlməzdən əvvəl hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binasının qarşısına toplaşıblar. Onlar istintaqın gedişi ilə razılaşmır və hesab edirlər ki, faciənin baş vermə şəraiti qəsdən ört-basdır edilir. Onlardan bəziləri Ermənistanın müdafiə naziri Suren Papikanın istefasını tələb ediblər.

Xatırladaq ki, yanvarın 19-da baş verən yanğın nəticəsində 15 erməni hərbçi yanaraq həlak olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!