Valideynləri evlənməyə icazə vermədi, özlərini çaya atdılar

saytların hazırlanması

Evə çatdırılma

Valideynləri evlənməyə icazə vermədi, özlərini çaya atdılar

Hadisə

26 İyun 2020 11:52 1079


İranın Xuzistan vilayətində evlənmələrinə icazə verilməyən cütlük birlikdə intihar edib. 

Yenisabah.az xəbər verir ki, Behzad (22) və Zeynəb (18) adlı gənclər ailələrinə dəfələrlə evlənmək istədiklərini bildirsələr də, valideynləri buna icazə verməyib. Nəticədə onlar Məscidi-Süleyman şəhərində özlərini Qudar çayın atıblar. 

Bildirək ki, hadisə ötən gecə baş verib. Sakinlər onları xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. Sudan Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə nə qədər tez getməyə çalışsalar da, gənclərin cansız bədənini tapıblar. Gənclərin əllərinin bir-birinə bağlı olması diqqət çəkib. Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!