Valideynlərin kabusu:   Azərbaycanda sürətlə artan xəstəliyin səbəbi nədir?

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərin kabusu: Azərbaycanda sürətlə artan xəstəliyin səbəbi nədir?

Sağlamlıq

30 Sentyabr 2019 13:50 1744


Millət vəkili Qənirə Paşayeva məktəblərdə kifoz və skolioz xəstəliklərinə düçar olanların sayının artdığını deyib. Onun sözlərinə görə, bu xəstəliklərin müalicəsi üçün çox zaman əməliyyatlarn həyata keçirilməsi zərurəti yaranır, həmin əməliyyatların qiyməti isə heç də ucuz deyil.

Valideynlər isə məktəblilərdə bu xəstəliklərin yaranmasının səbəbini ağır çantalarla əlaqələndirirlər. 

“Yeni Sabah” K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevdən kifoz və skolioz xəstəliklərinin artmasının səbəblərini öyrənib.  Toyuqlu pizza

Professor buna əsas səbəbi kimi uşaqların süni qidalarla qidalanmasını göstərib:

“Uşaqlarda kifoz və skolioz xəstəliklərin əmələ gəlmə səbəbi uşaqların süni qidalarla qidalanmasıdır. Halbuki uşaq doğulandan sonra 2 il ana südü qəbul etməlidir. Amma analar öz övladlarına süd verməkdən imtina edirlər. Düzdür, mətbuatda deyirlər ki, ana südü vacibdir. Amma demək asandır, həyata keçirmək isə çətin. Anaları aldadırlar ki, bəs süd versən, görkəmin, fiquran pozulacaq.

Uşaqlar çağa vaxtından süni qidalarla qidalananda onlarda raxit xəstəliyi inkişaf edir. Bu xəstəlik 3-cü dərəcəsində sümüklərdə deformasiya əmələ gətirir. Buraya həm kəllə sümüyü, həm fəqərə sümüyü, həm də döş qəfəsi aiddir.

Daha sonra isə əyrilik məktəb və bağça yaşlarında başlayır. Bunun da ən vacib səbəblərindən biri uşaqların düzgün oturmamasıdır. Bir də görürsünüz ki, şagird partada oturub ya sağa ya da sola doğru partaya əyilib. Uşaq doğru oturmalıdır, uşaqla kitab arasında məsafə doğru olmalıdır. Yanlış olduqda, bu fəqərələrin əyilməsi ilə nəticələnir".

O, xəstəliyin başqa səbəblərindən də danışıb:

"Uşaqda vərəm xəstəliyi olduqda da fəqərələrdə əyilmə olur. Digər bir səbəb isə uşaqlarda hipodinamiya, hipokineziya olmasıdır. Ona görə də uşaqlar aktiv olmalıdırlar, hərəkət etməlidirlər. Onların maddələr mübadiləsi yetkin insanlardan qat-qat sürətlidir. Uşaqlar əyilib planşetlə saatlarla oynayırlarsa, təbiətdən çox uzaqlaşırlarsa, bu dediyimiz problemlərin yaranması ehtimalı artır.

Əsas məsuliyyət valideynlərin, bağçada və məktəbdə müəllimlərin, tibb işçilərinin üstündədir. Bu insanlar gərək belə məsələlərə daimi nəzarət etsinlər".

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!