Valideynlərlə dalaşan müəllimlər cəzalandı

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərlə dalaşan müəllimlər cəzalandı

Kriminal

19 Mart 2019 18:13 1000


Gəncədə müəllim və valideyn arasında düşən davaya görə məktəb direktoru və 2 müəllimə töhmət verilib.

Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov 10 nömrəli məktəbdə baş verən insidentlə bağlı aparılan araşdırmadan sonra 3 təhsil işçisinin cəzalandırıldığını bildirib:

"Xoşagəlməz hadisə ilə bağlı araşdırma aparıldı. Sonda Gəncə şəhər 10 nömrəli məktəbin direktoru Arzu Əliyevaya, məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səyyarə Müseyibovaya və ibtidai sinif müəllimi Vahid İsmayılova şiddətli töhmət verilib". pizza mizza

Qeyd edək ki, davanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Təhsil Nazirliyi araşdırmaya başlayıb. Davada məktəbin direktoru Arzu Əliyevanın iştirak etdiyi bildirilsə də, əslində məktəbin müəllimi Səyyarə Müseyibova valideynlə dalaşıb. Adıçəkilən müəllim həmin məktəbdə olan nəvəsini götürmək üçün sinifə gedib. Həmin valideynin uşağı da qapıya təpik vururmuş. Nəvəsini götürməyə gedən müəllim də həmin şagirdə iradını bildirib. agird də valideynini məktəbə çağırıb. Sonra da onlar arasında olan mübahisə davaya çevrilib. Həmin şagirdlərin oxuduğu "5 c" sinifinin rəhbəri Vahid İsmayılov onları ayıra bilməyib.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!