“Valideynlərlə razılaşma protokolu imzalanacaq” - Təhsil Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

“Valideynlərlə razılaşma protokolu imzalanacaq” - Təhsil Nazirliyi

Sosial

17 Avqust 2020 18:57 12924


“Seyrəldilmiş şagird cədvəlində 3 tərəfdən ixtisarlara gedirik”.

Yenisabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, şagirdlər müəyyən qrafiklə məktəbə gələcək: “Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik”. Sezar pizza

Şöbə müdirinin sözlərinə görə, müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcək: “Belə valideynlərlə razılaşma protokolumuz olacaq. Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!