Valideynlərlə saçyolduya çıxan hansı məmurun həyat yoldaşıdır?

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərlə saçyolduya çıxan hansı məmurun həyat yoldaşıdır?

Kriminal

10 Fevral 2019 15:01 3311


Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yerləşən Məhəmməd Hadi adına 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva valideynlərlə əlbəyaxa davaya çıxıb. Saçyoldu davasının videosu dünəndən sosial şəbəkələri bəzəyir.   

Videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Arzu Əliyeva haqqında internet resurslarında kifayət qədər neqativ informasiyalara rast gəlinir. Məktəb direktorunun hətta öz katibəsi Təhminə xanımla da əlbəyaxa olması barədə ötən il məlumat yayılıb.

Arzu Əliyeva ilə bağlı xəbərlər bununla da bitmir. Bir müddət əvvəl onun adı rüşvət qalmaqalında çəkilib və işçiləri pul müqabiləndə işə götürdüyü iddia edilib. Direktor isə mediaya açıqlamasında bu ittihamları rədd edib. Dominos pizza

A.Əliyeva ilə bağlı daha bir maraqlı fakt isə onun Samux rayon icra başçısının təsərrüfat məsələləri üzrə müavini Qəzənfər Əliyevin həyat yoldaşı olmasıdır.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!